xoşbəxt ulduz altında doğulmaq

someone is born under a lucky star / all water runs to someone’s mill / someone was born with a silver spoon in the mouth / someone is wrapped in his mother’s smock / everything comes easy to someone (someone is always lucky and successful) бабушка ворожит
xoşbəxt qocalıq
xoşgəldin etmək
OBASTAN VİKİ
Xoşbəxt
Xoşbəxtlik — həyatdan son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi.
Xoşbəxt (roman)
Xoşbəxt (ukr. «Щасливий») — Ukrayna yazıçısı Viktoriya Qranetskanın 2015-ci ildə Kiyevdə yayınlanmış, "Sözün Taclandırılması" Beynəlxalq ədəbi müsabiqəsinin özəl mükafatına layiq görülən romanı. Viktoriya Qranetskanın "Xoşbəxt" romanı yazarın 2015-ci ildə nəşr olunmuş, "Sözün taclandırılması" ədəbi müsabiqəsində mükafatlandırılmış üçüncü əsəridir. Müəllif yazır ki: "Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanlarının mövzusu gərgin, mürəkkəb və hər zamankindən daha aktualdır…" Bu, əsərin süjetinin prototipinə çevrilmiş vinnitsalı bir ailənin əsl həyat hekayəsidir: oğlan – bir sıra səbəbdən doğma yurdu Dağlıq Qarabağı tərk edib Vinnitsaya köçmək məcburiyyətində qalan azərbaycanlı – müsəlmandır. Qız isə sevgilisi naminə dinini dəyişən və islamı qəbul edən Vinnitsadan olan ukraynalı pravoslav qızdır. Onların yeni qurduqları ailələrində bir oğlan uşağı dünyaya gəlir. Onu ukrayncadan "Xoşbəxt" kimi tərcümə olunan "Səid" adlandırırlar. Lakin uşaq sağalmaz xəstəliklə doğulur. Bununla belə, roman xoşbəxt sonluqla nəticələnir – əsərin baş qəhrəmanlarının aralarındakı anlaşılmazlığına və ətrafdakıların dirənişinə baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Xoşbəxt Yusifzadə
Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Pirşağı, ZSFSR, SSRİ – 3 oktyabr 2023) — Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti. Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir. 1957-ci ildə ailə qurmuşdur. Üç övladı olub. Kiçik oğlu uşaq ikən 8 yaşında, böyük oğlu Bağı 54 yaşında dünyasını dəyişib. Qızı Eltac neft mühəndisidir və London şəhərində yaşayır. 2015-ci ildə anadan olmasının 85 illiyi münasibətilə Xoşbəxt Yusifzadənin həyatına və fəaliyyətinə həsr olunan 2 hissəli Fədakar bədii-səndəli filmi çəkilib. 14yanvar 2015 ci ildə Nizami kino mərkəzində filmin təqdimat mərasimi keçirilmiş, ölkə mətbuatı bu bhadisəni ətraflı işıqlandırmışdır.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Qızılgül altında
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Dərinin altında
Dərinin altında (ing. Under the Skin) — Conatan Qleyzerin 2013-cü ildə ekranlara çıxan elmi fantastika filmi. == Süjet == Kimliyi bilinməyən naməlum qadın axşam saatlarında Qlazqo küçələrindəki tənha kişiləri yoldan çıxarır.
Xoşbəxt ölüm (roman)
Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir. Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
"Ulduz" jurnalı
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. == Haqqında == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
ARB Ulduz
ARB Ulduz — 2001-ci ildə "Alternativ TV" adıyla Gəncə şəhərində yayıma başlayan televiziya kanalı idi. == Tarixçə == "Alternativ-Tele-Radio" MMC 5 yanvar 2001-ci il tarixdə Gəncədə təsis edilmişdir. Alternativ TV 15 mart 2001-ci il tarixdən ilk dəfə efirə çıxmışdır. 18 aprel 2001-ci il tarixdən 6 saatlıq efir rejiminə keçmişdir. 1 iyul 2002-ci il tarixdən etibarən efir vaxtı 14 saatadək artırılmışdır. Məqsəd Gəncə şəhəri və ətraf rayonların tamaşaçılarına cizgi, bədii və sənədli filmlər, musiqi və yerli xəbərləri əks etdirən "Xəbər+" informasiya proqramı və digər verilişləri nümayiş etdirməkdir. "Alternativ-Tele-Radio" MMC-nin təsisçisi Tarquliyev Hikmət Cəfər oğludur. Ümumi efir vaxtının 39 faizini ölkədə istehsal olunan proqramlar, 46 faizini xaricdə istehsal olunan proqramlar, 15 faizini şəxsi istehsal proqramları təşkil edirdi. Daha sonra isə formatı dəyişdirilmiş və efir 24 saatlıq efir rejiminə keçmişdir. 2013-cü ildə formatı dəyişdirildikdən sonra Azərbaycanın ilk musiqi telekanalı olmuşdur.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. === Döyünən dəyişənlər === Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. === Erruptiv- partlayış xarakterli dəyişən ulduzlar === Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Neytron ulduz
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Qoşa ulduz
Qarşılıqlı qravitasiya qüvvəsi ilə bir-birinə bağlı olan və ümumi kütlə mərkəzi ətrafında hərlənən iki ulduzun əmələ gətirdiyi sistem- qoşa ulduz adlanır. Sistem ikidən çox ulduzdan da ibarət ola bilər. 3-10 ulduzdan ibarət fiziki rabitədə olan sistemə misilli ulduzlar deyilir. Qarşılıqlı cazibə qüvvələri ilə bir-birinə bağlı olan və fəzada vahid obyekt kimi hərəkət edən 10-dan artıq ulduzdan ibarət qrup ulduz topaları və ulduz assosiasiyaları adlanır. Əlbəttə, göy sferasında bir-birinin yaxınlığında görünən ulduzların hamısı qoşa, misilli və ya topa hesab etmək olmaz. Ulduzlar əslində bir-birlərindən çox uzaq məsafələrdə ola bilərlər və onların yalnız göy sferasına proyeksiyaları yaxın görünə bilər. Bu cür qoşa, optik qoşa adlanır. Qoşa ulduzlar vizual, spektral və tutulan-qoşa olurlar. Ulduz fiziki qoşadırsa, yəni qravitasiya qüvvəsi ilə əlaqədar olan qoşa sistemdən ibarətdirsə, belə sistemin ulduzları ümumi kütlə mərkəzi ətrafında Kepler qanunları ilə hərəkət edirlər. Odur ki, Keplerin dəqiqləşdirilmiş üçüncü qanunu vasitəsilə qoşa sistemin ulduzlarının kütləsini tapmaq olur.
Quyruqlu ulduz
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Qırmızı ulduz
Qırmızı ulduz — sosializm və kommunizmin simvolu. Beş küncləri işçilərin beş barmağını və eyni zamanda beş qitəni (ənənəvi olaraq sayılan) təmsil edir. Daha az məlum olan cəhət ondan ibarətdir ki, ulduzun beş küncü cəmiyyəti sosializmə aparacaq və qoruyacaq beş fərqli sosial qrupu təmsil edir. Xüsusi sırası olmadan: gənclik (gələcək nəsillər), hərbçilər (sosializmi qoruyan və müdafiə edən), sənaye işçiləri, kənd təsərrüfatı işçiləri (fermerlər) və ziyalılar (kommunizmə nail olmaq üçün ideyalar yaratmalı olan sinif). Qırmızı ulduz Qızıl Ordunun bayrağıdır və Sovet İttifaqının bayrağındakı oraq və çəkicin üstündə təsvir edilmişdir.
Sarqas (ulduz)
Sarqas və ya Teta Əqrəb (θ Əqrəb, qısaldılmış θ Sco) Əqrəb cənub zodiak bürcünün qoşa ulduzudur. Bu ulduzun görünən ulduz ölçüsü +1,89, açıq havada adi gözlə gecə göyünun ən parlaq ulduzlarından biri kimi görünür. Məsafənin, parallaks üsulunun tətbiqi ilə birbaşa ölçülməsi mümkündür, Hipparkos missiyası zamanı aparılan bu cür ölçmələrdə bu ulduzun Günəşdən məsafəsi 300 işıq ili ( 90 parsek) tapılmışdır. İki komponent Teta Əqrəb A ( bu ulduz Sarqas adlanır) və B .
Sirli ulduz
Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.
Sünbül (ulduz)
Sünbül — Qız bürcünün α ulduzudur. Sünbül ulduzunun vizual ulduz ölçüsü m=1,2, mütləq ulduz ölçüsü M=-2,2, spekrti B 1 V {\displaystyle B_{1}V} , parallaksı 0,021-dir. İşıqlığı 1000 Günəş işlığı, kütləsi 11 Günəş kütləsi, radiusu isə 2,5 Günəş radiusu tərtibindədir. Yerdən 300 i.i. uzaqlıqdadır.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Ulduz (1964)
Ulduz — rejissor Ağarza Quliyevin filmi. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır. Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib.
Ulduz (dəqiqləşdirmə)
Ulduz — kainatda ən çox yayılmış göy cismi. Ulduz (jurnal) — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri.
Ulduz (jurnal)
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
Yeni Ulduz
"Yeni Ulduz" — 2004-cü ildən 2010-cu ilə qədər Azərbaycanın ATV kanalında yayımlanan musiqi yarışma verilişi. Veriliş Britaniyanın "Pop Idol" verilişi üzərində əsaslanıb.
Ulduz PFK
Ulduz PFK - və ya rəsmi adı ilə Ulduz Peşəkar Futbol Klubu. Təməli 1967-ci ildə qurulan, Azərbaycanın Mingəçevir şəhərini təmsil edən futbol klubudur. Klub 1967-ci ildə SSRİ-nin keçirdiyi, ümumittifaq "Dəri Top" yarışında, ilk iştirakı ilə ikincilik əldə etmişdir. Klubun təsisçisi Baba Mustafayevdir. 1965-ci ildə SSRİdə Ümumittifaq yarışları keçirilməyə başladı. Bu yarışların başlamasından sonra, 1966-cı ildə Baba Mustafayevin təklifi ilə futbol klubu yaradıldı və adı "Ulduz" olaraq qeydiyyatdan keçdi. Elə həmin il dünya kubokuna hazırlıq məqsədi ilə SSRİ gənclərindən ibarət yığma komanda Zaqafqaziyaya yoldaşlıq görüşlərini keçirmək məqsədiylə gəldi. Bu zaman Mingəçevir futbolçuları ciddi məşqlərə başladılar. SSRİ - Mingəçevir qarşılaşması 88-ci dəqiqədə Rafiq Kamalovun vurduğu qolla Mingəçevir klubunun qələbəsi ilə başa çatdı. 1967 - "Ulduz" klubu "Sevinc" kubokunu əldə etmişdir.
Ulduz dinamikası
Ulduz dinamikası astrofizikanın qarşılıqlı cazibə qüvvəsinə tabe olan ulduzların toplu hərəkətlərini statistik şəkildə təsvir edən bölməsidir. Göy mexanikasından əsas fərq cismin sayıdır N ≫ 10. {\displaystyle N\gg 10.} Tipik qalaktikalarda milyonlarla makroskopik cazibə qüvvəsi cisimləri və saysız-hesabsız neytrinolar və bəlkə də digər qaranlıq mikroskopik cisimlər var. Üstəlik, hər bir ulduz ümumi qravitasiya sahəsinə az-çox bərabər töhfə versə də, səma mexanikasında kütləvi cismin çəkisi istənilən peyk orbitində üstünlük təşkil edir. Qalaktik nüvələrin dinamikası və təkamülü, D. Merritt (2013). Princeton Universiteti Nəşriyyatı . Qalaktik dinamika , J. Binney və S. Tremaine (2008). Princeton University Press. Qravitasiya N-Bədən Simulyasiyaları: Alətlər və Alqoritmlər, S. Aarseth (2003). Cambridge University Press.
Ulduz falı
Qoroskop, horoskop və ya ulduz falı (q.yun. ὥρα — saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός — müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı. Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu "neoastrologiya" adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).